TƏCİLİ! Ermənistan hakimiyyəti İSTEFA VERDİ

TƏCİLİ! Ermənistan hakimiyyəti İSTEFA VERDİ

Ermənistanda yeni seçilmiş parlamentin ilk iclasının keçirilməsi ilə əlaqədar olaraq Baş nazir Nikol Paşinyanın başçılıq etdiyi hökumət səlahiyyətlərini rəsmən dayandırıb.

NOCOMMENT.az xəbər verir ki, Nazirlər Kabinetinin istefası barədə müvafiq fərmanı Ermənistanın Prezidenti Vaaqn Xaçaturyan imzalayıb. Konstitusiya prosedurlarına uyğun olaraq, yeni hökumət formalaşdırılanadək mövcud tərkib fəaliyyətini müvəqqəti olaraq icra etməyə davam edəcək.

Qeyd edək ki, Nikol Paşinyan daha əvvəl keçirilən hökumət toplantısında bunun son iclas olduğunu və yeni parlament işə başlayan kimi Nazirlər Kabinetinin istefa verəcəyini əvvəlcədən bəyan etmişdi. Xatırladaq ki, iyunun 7-də baş tutan parlament seçkilərində Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası səslərin 49,74 faizini qazanaraq parlamentdə çoxluğu əldə edib və yeni hökuməti formalaşdırmaq hüququ qazanıb.

Qanunvericiliyə əsasən, yeni parlament fəaliyyətə başladıqdan sonra əvvəlki hökumət istefa verir, bundan sonra isə parlament çoxluğunun təqdim edəcəyi namizəd əsasında yeni baş nazir və hökumətin tərkibi təsdiqlənir. Siyasi müşahidəçilər parlamentdə çoxluğa sahib olan "Vətəndaş Müqaviləsi" Partiyasının dəstəyi ilə Nikol Paşinyanın yenidən baş nazir postuna seçiləcəyini ehtimal edirlər.

Sara,

NOCOMMENT.az