Paşinyan məhsullarına artıq yeni alıcılar tapıb

Paşinyan məhsullarına artıq yeni alıcılar tapıb

Moskvanın tətbiq etdiyi idxal qadağalarından sonra Ermənistan rəhbərliyi kənd təsərrüfatı məhsullarının ixracı üçün alternativ bazarlar axtarışına başlayıb. Baş nazir Nikol Paşinyan Rusiyaya girişi qadağan edilən erməni mallarının ilk partiyasının artıq tamamilə fərqli istiqamətə yola salındığını bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, söhbətin Avropa İttifaqı (Aİ) ölkələrinin bazarlarından və bir sıra digər dövlətlərdən getdiyini Nikol Paşinyan bu gün jurnalistlərə açıqlamasında dəqiqləşdirib.

Ermənistan hökumətinin başçısı malların anbarda qalmayacağına dair iddialı danışıb: "Biznes nümayəndə heyətlərimiz aktiv şəkildə işləyir. Qızılgül və tərəvəzlərdən ibarət ilk məhsul partiyası artıq yola salınıb. Məhsul mənzil başına çatan kimi, onların konkret olaraq hansı ölkələrə göndərildiyini rəsmən açıqlayacağam. Heç bir malımız əlimizdə qalmayacaq".