Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkənin eks-prezidentləri Robert Koçaryan və Serj Sarqsyan artıq onun siyasi rəqibi hesab edilə bilməz. O vurğulayıb ki, əvvəlki hakimiyyətləri müzakirə etməyin də bu gün heç bir mənası yoxdur. Baş nazir bu fikirləri hökumətin sual-cavab sessiyasında səsləndirib.
NOCOMMENT.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, keçmiş rəhbərlərlə bağlı – o cümlədən Qarabağ məsələsinə aid bütün lazımi məlumatlar artıq ictimaiyyətə təqdim olunub və onların ətrafında əlavə müzakirəyə ehtiyac yoxdur.
“Əvvəllər müxalifət siyasi rəqib sayıla bilərdi, amma hazırda Ermənistanın siyasi həyatında onların rolu minimum səviyyədədir. Mənim fikrimcə, onlar artıq çoxdan rəqib deyillər”, — Paşinyan qeyd edib.











