Paşinyandan ŞOK: II Qaregin istefa verməlidir, başqa yol yoxdur!

Paşinyandan ŞOK: II Qaregin istefa verməlidir, başqa yol yoxdur!

“Katolikos II Qaregin vəzifəsini tərk etməlidir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib.

Onun sözlərinə görə, kənar xüsusi xidmət orqanlarına bağlı olmayan, öz icmasına qarşı şəffaf olan dini rəhbər tələb olunur.

“Mənə tabe olan Katolikos lazım deyil. Xarici xüsusi xidmət orqanlarına tabe olmayan, onların leytenantlarına hesabat verməyən Katolikos lazımdır. Heç bir din xadimi mənə hesabat verməməlidir, lakin hamısı öz icmaları qarşısında şəffaf olmalıdır”, – deyə Paşinyan bildirib.

Baş nazir vurğulayıb ki, II Qareginin rəhbərliyi altında AAK (Ermənistan Apostol Kilsəsi) “uzaqlaşaraq dağınıq vəziyyətə düşüb”. Paşinyan əlavə edib ki, “Ktrich Nersisyan getməlidir, başqa seçim yoxdur, biz bu yolu sarsıntısız gedəcəyik… Onu leytenantlar, mayorlar və ya hərbçilər xilas edə bilməyəcək”.

Paşinyan həmçinin ölkədə “təsir agentləri şəbəkəsinin” ifşa olunduğunu, onu yenidən qurmaq cəhdlərinin də qarşısının alındığını qeyd edib:

“Aydındır ki, sovet dövründə bəzi din xadimləri sovet xüsusi xidmət orqanlarının agentləri idisə, onların bəzi varisləri də həmin işi davam etdiriblər”