Polşanın Baş naziri Donald Tusk ölkənin enerji infrastrukturuna qarşı həyata keçirilən kiberhücumlarla bağlı təcili müşavirə keçirir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Tusk “X” sosial şəbəkəsində məlumat verib.
Hökumət mənbələrinin bildirdiyinə görə, son həftələr ərzində Polşanın enerji sistemini sabitlikdən çıxarmağa yönəlmiş bir sıra diversiya cəhdləri qeydə alınıb. Müşavirənin yekunlarına dair mətbuat konfransı yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 14:00) planlaşdırılır. Gözlənilir ki, hökumət kiberhücumlara qarşı nəzərdə tutulan preventiv tədbirləri açıqlayacaq.
Polşanın energetika naziri Miloş Motıka bildirib ki, 2025-ci ilin son günlərində elektrik enerjisi istehsal edən bir sıra obyektlərə uğursuz kiberhücum cəhdləri olub. Nazir noyabr ayında Polşanın Avropa İttifaqında kiberhücumlara ən çox məruz qalan ölkə olduğunu da vurğulamışdı.
Baş nazirin müavini, rəqəmsallaşma naziri Kşiştof Qavkovski isə dekabr ayında Polşanın Rusiya tərəfindən həyata keçirildiyi iddia olunan hücumlar səbəbindən elektrik enerjisinin kəsilməsinə “çox yaxın” olduğunu açıqlamışdı. Onun sözlərinə görə, hücumlar əsasən istilik elektrik stansiyalarına və çoxsaylı bərpa olunan enerji obyektlərinə yönəlib.
Sara












