Nikaraquanın Prezidenti Daniel Orteqa ölkədə bundan sonra heç vaxt seçkilərin keçirilməyəcəyini bəyan edib.
NOCOMMENT.az xəbər verir ki, "Reuters" agentliyinə istinadən məlumat verilir ki, 1979–1990-cı illərdə bu vəzifəni tutan və 2007-ci ildən bəri hakimiyyətdən getməyən dövlət başçısı seçkilərin ləğv edilməsinin müxalifətin hakimiyyəti ələ keçirmək cəhdlərinin qarşısını almaq məqsədi daşıdığını bildirib.
Orteqa çıxışında qeyd edib: "Burada artıq elə seçkilər olmayacaq ki, onlar hökuməti və hakimiyyəti ələ keçirməyə çalışsınlar. Yankilərin və somosistlərin dəstəklədiyi partiyaların hakimiyyətə qayıdacağı dövrlər arxada qaldı və bir daha heç vaxt təkrarlanmayacaq".
Sara,
NOCOMMENT.az












