Putin “Qərb” qruplaşmasının komanda məntəqəsində: Nələr danışdı?  – VİDEO

Putin “Qərb” qruplaşmasının komanda məntəqəsində: Nələr danışdı? – VİDEO

Rusiya Prezidenti Vladimir Putin “Qərb” qoşun qruplaşmasının komanda məntəqəsini ziyarət edərək, ölkənin yüksək hərbi rəhbərliyi ilə müşavirə keçirib.

NOCOMMENT.az xəbər verir ki, görüşdə Baş Qərargah rəisi, Baş Operativ İdarə rəhbəri, “Cənub” və “Qərb” qruplaşmalarının komandanları iştirak edib.

Müşavirə zamanı Putinə cəbhənin müxtəlif istiqamətlərində, o cümlədən Kupyansk ətrafındakı vəziyyətlə bağlı ətraflı məlumat verilib.

Prezident əvvəlki analoji toplantıda qarşıya qoyulan tapşırıqların yerinə yetirildiyini bildirib və komandanlığa, eləcə də şəxsi heyətə fəaliyyətlərinə görə təşəkkür edib.