Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donetsk vilayətinin Rusiyanın nəzarətində olan hissəsində yerləşən Starobelsk şəhərindəki kollecin atəşə tutulması ilə bağlı planlaşdırılmamış təcili müşavirə keçirib. Qeyd edək ki, sözügedən hücum nəticəsində 21 nəfər həyatını itirib.
NOCOMMENT.az xəbər verir ki, müşavirə zamanı Rusiya lideri Kiyevi kəskin şəkildə ittiham edərək, Ukrayna tərəfinin bu zərbə ilə "öz cinayətlərində yeni bir səhifə açdığını" bəyan edib. Rusiya Prezidenti kollecə edilən hücuma Mosvanın verəcəyi cavab tədbirlərinin olduqca sərt olacağına işarə vurub.
Toplantının sonunda Vladimir Putin Starobelskdəki qanlı hadisəyə Rusiyanın verəcəyi hərbi cavabla bağlı "qapalı rejimdə xüsusi müzakirə" aparılacağını elan edib.
Sara











