​Məşhur aktrisa 93 kilo arıqladı - FOTO

​Məşhur aktrisa 93 kilo arıqladı - FOTO

“Çok Güzel Hareketler Bunlar” proqramı ilə tanınan məşhur aktrisa Pelin Öztekin yeni yaşını qeyd edib. Keçirdiyi mədəkiçiltmə əməliyyatından sonra böyük bir dəyişiklik yaşayan aktrisa son halını sosial şəbəkə hesabında paylaşıb.

NOCOMMENT.az xəbər verir ki, əvvəllər 156 kiloqram olan və 4 il ərzində tam 93 kilo verərək 63 kiloqrama düşən ulduz, sağlam bir bədənə sahib olmaq üçün böyük əzm göstərdiyini bildirib. Ekranlardan bir müddət uzaq qalan Pelin Öztekinin ad günündə ağ libasda çəkdirdiyi fotolar izləyiciləri tərəfindən heyranlıqla qarşılanıb. Aktrisanın fit xarici görünüşünə qısa zamanda minlərlə bəyənmə və şərh gəlib. Metbuat.az