Qara dənizdə gəmilər partladı: mina, yoxsa dron hücumu… – VİDEO

Qara dənizdə gəmilər partladı: mina, yoxsa dron hücumu… – VİDEO

Qaradənizdə Rusiyaya gedən tankerlər partlayıb.

NOCOMMENT.az xəbər verir ki, yanğın Kocaeli və Kastamonu sahillərində iki gəmidə baş verib.

Yanğın zamanı hər iki gəmidə olan ümumi 45 nəfərlik heyət xilas edilib.

“KAIROS” adlı gəmi Kocaeli sahillərində yanmağa başlayıb və 25 nəfərlik heyət xilas olunub. Kastamonu açıq sularında isə “VIRAT” tankeri hücuma məruz qalıb, 20 nəfər xilas edilib.

Hər iki gəminin heyəti xəstəxanaya yerləşdirilib,  vəziyyətlərinin yaxşı olduğu bildirilib.

Rusiya mediasının partlayışlarla bağlı xəbərlərində bildirilib ki, Qambiya bayrağı altında üzən gəmilərə hücum edildiyi ehtimal olunur. Reuters- in xəbərinə görə, KAIROS-un minaya düşdüyü və batmaq təhlükəsi ilə üzləşdiyi bildirilir. Yerli mənbələr də gəmilərə mina və dronlarla hücum edildiyini iddia ediblər.