Rumıniya Müdafiə Nazirliyi Qara dənizdə aşkar edilən naməlum üzən obyektin – pilotsuz dəniz dronunun hərbi dalğıclar tərəfindən zərərsizləşdirildiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, əməliyyat Sahil Mühafizəsinin müraciəti əsasında həyata keçirilib.
Məlumata görə, naməlum obyekt barədə siqnal daxil olduqdan sonra Hərbi Dəniz Qüvvələrinin dalğıclar qrupu Konstansa şəhəri yaxınlığına göndərilib. Yoxlamadan sonra müəyyən edilib ki, obyekt Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi “Sea Baby” tipli dəniz dronudur.
“Dron təxminən saat 13:00-da nəzarət olunan partlayış vasitəsilə məhv edilib”, — Nazirliyin açıqlamasında deyilir.











