Rusiya Ermənistana qarşı HƏRƏKƏTƏ KEÇDİ - Ukrayna kimi...

Rusiya Ermənistana qarşı HƏRƏKƏTƏ KEÇDİ - Ukrayna kimi...

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistan rəhbərliyinin siyasi xəttini tənqid edərək, erməni xalqına "Qərbin liberal dəyərlərinin zorla qəbul etdirildiyini" bəyan edib. Spiker ölkədəki mövcud vəziyyətlə bağlı bir sıra statistik göstəriciləri diqqətə çatdıraraq hamını "nəticə çıxarmağa" çağırıb.

NOCOMMENT.az xəbər verir ki, Volodin Rusiyanın Ermənistana qazı hər min kubmetr üçün 177,5 dollara satdığını, bunun Avropa qiymətlərindən təxminən 3,5 dəfə ucuz olduğunu xatırladıb. Lakin rəsmi İrəvanın Avropa İttifaqı ilə yaxınlaşma siyasəti fonunda Rusiya ilə ticarət dövriyyəsinin 2025-ci ildə 45,4% azaldığını vurğulayıb.

"Ermənistanda çalışan və orada biznes quran Rusiya vətəndaşları gələcəklə bağlı yaranmış qeyri-müəyyənlik və yarana biləcək problemlər səbəbindən müəssisələrini bağlamağa başlayıb və ölkəni tərk edirlər", - deyə Dövlət Dumasının sədri qeyd edib.

Volodin həmçinin Ermənistanın daxili sabitliyinə qarşı ciddi təhdidlərin olduğunu iddia edib: "Bu, hələ görünən tərəfdir. İtkilər daha çox olacaq və onların hamısı maliyyə ilə bağlı deyil. Artıq tarixin yenidən yazılması, milli və ənənəvi əsasların sarsıdılması cəhdlərini görürük. Erməni xalqına Qərbin liberal dəyərləri aşılanır, kilsəyə qarşı təqiblər gedir. Bütün bunlar cəmiyyətin parçalanmasına gətirib çıxarır".