TƏCİLİ! Bu şəxlərin maaşından tutulmalar olacaq - QƏRAR verildi!

TƏCİLİ! Bu şəxlərin maaşından tutulmalar olacaq - QƏRAR verildi!

Azərbaycanda işçilərin əməkhaqqından tutulmaların həyata keçirilməsi mexanizmi yalnız qanunvericiliyin sərt çərçivəsində və müəyyən edilmiş qaydalar əsasında tənzimlənir. Əmək Məcəlləsinə görə, vətəndaşın maaşından vəsait ya onun şəxsi yazılı razılığı, ya da qanunla nəzərdə tutulan icra sənədləri əsasında tutula bilər.

Eyni zamanda işəgötürən vergilər, sosial sığorta haqları, işçinin təqsiri ucbatından vurulan zərər, işlənməmiş məzuniyyət günləri, həmçinin avans və ya mühasibat səhvi nəticəsində artıq ödənilmiş məbləğlər kimi müəyyən hallarda öz sərəncamı ilə tutulmalar apara bilər. Lakin qanunvericilik bu cür halların tətbiqi üçün dəqiq müddətlər və məhdudiyyətlər müəyyənləşdirib ki, bu da işçilərin hüquqlarının qorunmasına xidmət edir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əli Cabbarov qeyd edib ki, işçinin əməkhaqqından aparılan tutulmaların qanuni çərçivədə dəqiq tənzimlənməsi əmək bazarında şəffaflığın qorunması, işəgötürən ilə işçi münasibətlərində balansın qorunub saxlanılması və maliyyə intizamının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır: "Mühasibatlıqda baş verə biləcək texniki səhvlər və ya verilən avansların geri tutulması üçün qanunvericilikdə dəqiq biraylıq sərt müddətin müəyyən edilməsi çox ədalətli yanaşmadır. Bu, işəgötürənin istənilən vaxt keçmiş dövrlərin maliyyə məsələlərini qaldıraraq işçiyə əlavə maliyyə yükü yaratmasının və hər hansı sui-istifadə hallarının qəti şəkildə qarşısını alır."

Onun sözlərinə görə, qanunvericilik tərəfindən hər bir ödəniş zamanı tutulmaların ümumi həddinin adətən 20 faiz, xüsusi hallarda isə məhkəmə qərarları və digər icra sənədlərinə əsasən 50-70 faizlə məhdudlaşdırılması vətəndaşların sosial müdafiəsinin təmin edilməsində həlledici rol oynayır: "İşçinin əməkhaqqının əsas hissəsinin toxunulmaz qalması və məcburi tutulmaların qanuni sənədlərə əsaslanması ailə büdcəsinin təhlükəsizliyi, eləcə də ölkədə sosial sabitliyin qorunması üçün zəruri şərtdir. Əks təqdirdə, birtərəfli qaydada edilən əsassız tutulmalar işçilərin maddi vəziyyətini ağırlaşdıra və əmək münasibətlərində ciddi gərginliklərə səbəb ola bilər."