Şamaxıda çoban həyat yoldaşını çomaqla döyüb.
NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Quşçu kəndində baş verib.
Kənd sakini, 1992-ci il təvəllüdlü Ağacavad Tarverdiyev heyvanlarını axtarmaq üçün kənd ərazisinə çıxıb. O, yolda həyat yoldaşı və nənəsi ilə qarşılaşıb və onlara evə getməyi tapşırıb. Ağacavad heyvanları tapıb həyətə gətirərkən həyat yoldaşını nənəsi ilə mübahisə etdiyini görüb. O, bununla bağlı həyat yoldaşına irad bildirib. Bu zaman həyat yoldaşı onun nənəsini söyüb. Hadisədən əsəbiləşən Ağacavad əlindəki çomaqla həyat yoldaşına zərbələr endirərək ona xəsarətlər yetirib.
Hadisə yerinə polis əməkdaşları gəliblər və A.Tarverdiyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş Şamaxı Rayon Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı dövründə ər-arvad barışdığından məhkəmə cinayət işinə xitam verib.











