Rusiya Ukrayna ərazisinə genişmiqyaslı hücum həyata keçirib.
NOCOMMENT.az xəbər verir ki, nəticədə ölkənin bir neçə vilayətində mülki obyektlər və insanlar zərər görüb.
Kiyevdə, Svyatoşın rayonunda çoxmərtəbəli binanın pəncərələri dağılıb, bir mənzildə isə sakinlər içəridə qalıb.
Hücum nəticəsində dörd nəfər xəsarət alıb, onlardan biri 16 yaşlı yeniyetmədir.
Kiyev vilayətinin Vışqorod rayonunda yerləşən fərdi yaşayış evi dağılıb. 1949-cu il təvəllüdlü bir qadın həlak olub, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Jitomir vilayətində qanadlı raketlər və “kamikadze” dronlarının zərbələri nəticəsində yaşayış evləri, özəl müəssisələr və bir mağaza zədələnib. Altı nəfər yaralanıb, onlardan ikisi uşaqdır. 2021-ci il təvəllüdlü uşaq xəstəxanada həyatını itirib, digər uşaq və bir böyük müalicə altındadır.












