Rusiya və ABŞ arasında ikitərəfli görüş baş tutdu

Rusiya və ABŞ arasında ikitərəfli görüş baş tutdu

Rusiya və ABŞ ikitərəfli münasibətlərdəki qarşılıqlı narazılıqlara həsr olunmuş növbəti görüşü keçiriblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “İnterfaks”a məlumat verib.

“Gündəlikdəki bütün məsələləri kifayət qədər ciddi, peşəkar və dərin səviyyədə müzakirə etmək imkanı əldə etdik”, — deyə Ryabkov bildirib. Onun sözlərinə görə, bəzi məsələlər üzrə müəyyən irəliləyiş əldə olunub, lakin əsas mövzular açıq qalır.

Ryabkov danışıqların detalları barədə məlumat verməyib, lakin prosesin davamı üçün əlavə səylərə, o cümlədən “siyasi səviyyədə impulslar”a ehtiyac ola biləcəyini istisna etməyib.

Növbəti danışıqlar raundunun gələn ilin yazında keçiriləcəyi gözlənilir, lakin dəqiq tarix hələ müəyyən edilməyib.