Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasında Ukrayna münaqişəsi və son hadisələrlə bağlı kəskin bəyanatlarla çıxış edib. Rusiyalı diplomat Starobelsk şəhərində baş verən və 21 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə birbaşa kollektiv Qərbi ittiham edib.
NOCOMMENT.az xəbər verir ki, daimi nümayəndə Ukrayna Silahlı Qüvvələrinin Starobelskə etdiyi hücumu nasist cinayətləri ilə müqayisə olunası bir terror aktı kimi xarakterizə edib. O, həlak olan şəxslərin qanının Kiyev rejimini silahla təmin edən Qərb dövlətlərinin üzərində olduğunu vurğulayıb.
Nebenzya öz çıxışında qeyd edib ki, nə rəsmi Kiyev, nə də onun qərbli havadarları sülh dialoquna can atmır. Diplomatın sözlərinə görə, Rusiya hərbçiləri Ukraynanın demilitarizasiya (hərbi potensialın sıfırlanması) və denasifikasiya edilməsi istiqamətində qarşıya qoyulan bütün tapşırıqları icra etməkdə davam edəcəklər.
Rusiya təmsilçisi Avropa liderlərinin Ukrayna xalqından yalnız öz geosiyasi maraqları üçün istifadə etdiyini və bu ölkəni artıq gözaltı etdiklərini (gözdən çıxardıqlarını) iddia edib.
Rusiya vətəndaşlarına qarşı yönələn terrorun cəzasız qalmayacağını deyən diplomat, Qərbin bu hərəkətlərinə görə məsuliyyət daşıyacağını bildirib. Nebenzya, həmçinin BMT rəsmilərinin Starobelskdə yaşanan faciəyə qarşı nümayiş etdirdiyi mövqeyi və qeyri-müəyyən reaksiyanı tənqid edərək, beynəlxalq qurumları bu hadisəyə düzgün qiymət verməyə çağırıb.
Sara,











