Rusiya əraziləri gecə və səhər saatlarında növbəti kütləvi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Müxtəlif vilayətlərdə yerləşən strateji sənaye və enerji obyektləri hədəfə alınıb.
NOCOMMENT.az xəbər verir ki, gecə saatlarında Stavropol diyarında yerləşən mühüm kimya müəssisələrindən birinə PUA hücumu təşkil edilib. Hücum nəticəsində zavodun ərazisində partlayış və dağıntıların baş verdiyi bildirilir.
Bundan dərhal sonra, səhər saatlarında isə zərbə dronları Rusiya neft sənayesinin əsas mərkəzlərindən sayılan Nijni Novqorod vilayətindəki neft emalı zavoduna (NQZ) hücum etməyə başlayıb. Hazırda vilayətdə hava hücumundan müdafiə sistemlərinin işə düşdüyü, müəssisə ətrafında silsilə partlayış səslərinin eşidildiyi qeyd olunur. Hücumların törətdiyi fəsadlar və tələfat barədə hələlik dəqiq məlumat verilmir.
Sara,











