Paris Apellyasiya Məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozinin məhkəmə nəzarəti altında həbsdən azad edilməsi haqqında qərar qəbul edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “BFMTV” telekanalı məlumat yayıb.
Qeyd olunur ki, o, bu gün həbsxanadan azad ediləcək.
Qeyd edək ki, keçmiş prezident oktyabrın 21-dən bəri həbsxanadadır. “Liviya işi” kimi tanınan və rüşvət də daxil olmaqla dörd fərqli maddə üzrə mühakimə olunduğu prosesdə cinayətkar təşkilat yaratmaq ittihamı ilə 5 il müddətinə həbs cəzasına məhkum edilmişdi.
Sarkozi 9 kvadratmetrlik tək nəfərlik kamerada saxlanılırdı.












