Pakistan hücuma başlayır - DƏHŞƏTLİ müharibə qapıda

Pakistan hücuma başlayır - DƏHŞƏTLİ müharibə qapıda

Qırmızı dənizdə ticarət gəmisinə edilən hücum nəticəsində üç Pakistan vətəndaşı həyatını itirib, bir nəfər isə yaralanıb.

NOCOMMENT.az-ın verdiyi məlumata görə, Pakistanın xarici işlər naziri İshaq Dar sosial şəbəkə hesabında açıqlama yayıb.

Onun sözlərinə görə, Pakistan ticarət gəmisinə qarşı edilən bu hücumu qətiyyətlə pisləyir: “Belə hücumlar günahsız insanların həyatını təhlükəyə atır, beynəlxalq hüququ pozur və Qırmızı dənizdə naviqasiya azadlığına, dəniz təhlükəsizliyinə ciddi təhdid yaradır”.

Nazir qeyd edib ki, hadisənin təfərrüatlarını dəqiqləşdirmək üçün Səudiyyə Ərəbistanının müvafiq qurumları və Yəmənin rəsmi hökuməti ilə əlaqə saxlanılır. Eyni zamanda, Ər-Riyad-dakı səfirliyə həlak olanların meyitlərinin vətənə gətirilməsi, yaralanan Pakistan vətəndaşına isə hər cür yardımın göstərilməsi üçün dərhal lazımi tədbirlərin görülməsi tapşirilib.