Səudiyyə Ərəbistanı yeni vizanın istifadə şərtlərini açıqladı

Səudiyyə Ərəbistanı yeni vizanın istifadə şərtlərini açıqladı

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi çoxdəfəli Ümrə vizasından istifadə şərtlərini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, yeni qaydalara əsasən, bu viza verildiyi tarixdən etibarən 1 il müddətində qüvvədə olacaq. Bildirilir ki, viza sahibləri həmin müddət ərzində ölkəyə dəfələrlə giriş edə biləcəklər. Lakin Səudiyyə Ərəbistanında ümumi qalma müddəti 90 gündən çox olmamalıdır.

Məlumata görə, ziyarətçilər hər girişdən əvvəl “Nusuk” tətbiqi vasitəsilə lazımi prosedurları tamamlamalı və rəsmi Ümrə icazəsi almalıdırlar. Nazirlik bildirib ki, viza Həcc mövsümündə istifadə üçün nəzərdə tutulmayıb.