Simonyan onunla evlənir - İlk dəfə kimliyi açıqlandı

Simonyan onunla evlənir - İlk dəfə kimliyi açıqlandı

Ermənistan parlamentinin sədri Alen Simonyan şəxsi həyatı ilə bağlı növbəti addımını atıb. Siyasətçi uzun müddətdir münasibətdə olduğu nişanlısı, aktrisa və model Aneliya Qubryanla rəsmi nikaha girmək üçün Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) şöbəsinə rəsmi müraciət edib.

NOCOMMENT.az xəbər verir ki, Alen Simonyan bu barədə özünün rəsmi “Instagram” səhifəsində məlumat paylaşıb. O, nikahın dövlət qeydiyyatı üçün lazım olan sənədləri imzaladığı anın görüntülərini izləyiciləri ilə bölüşərək, “Biz də ərizəni imzaladıq”, - deyə qeyd edib.

Qeyd edək ki, 46 yaşlı parlament spikeri ötən il sabiq həyat yoldaşı Maryam Marqaryandan rəsmən boşanıb. Onun yeni seçimi olan 26 yaşlı Aneliya Qubryanla bağlı maraqlı faktlar da diqqət çəkir. Belə ki, mətbuatda yayılan məlumatlara görə, gənc model spikerin yaxın dostunun qızıdır. Cütlüyün münasibəti bir müddətdir ictimaiyyətin və sosial şəbəkələrin maraq dairəsində idi.