Rusiyanın Sverdlovsk Vilayət Məhkəməsi iyulun 1-də Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şixlinskinin işi üzrə məhkəmə baxışı keçirəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə, məhkəmə əvvəlki hökmə qarşı verilmiş şikayətə baxacaq. Şahin Şixlinski daha əvvəl ona qarşı irəli sürülən ittihamların məcmusu üzrə təqsirli bilinərək 24 il müddətinə azadlıqdan məhrum edilib.
İş üzrə baxışın nəticəsində hökmün qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı qərar verilə bilər. Hələlik tərəflərdən əlavə açıqlama verilməyib. /Musavat.com/











