ŞOK! Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

ŞOK! Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Türkiyədə inanılmaz və film süjetlərini geridə qoyacaq bir hadisə yaşanıb. 10 il əvvəl Türkiyəyə köçən 32 yaşlı Azərbaycan əsilli Əhməd Cahanqard Takalo təsadüf nəticəsində bir anda milyarder olub.

NOCOMMENT.az xəbər verir ki, Ə.Takalonun bank hesabına səhvən fantastik məbləğ — tam 1 trilyon lirə (təxminən 38 milyard manat) pul köçürülüb.

Hər şey gənc oğlanın marketdən alış-veriş edərkən kartında problem yaşanması ilə başlayıb. Ödəniş zamanı yaranan nasazlığa görə banka müraciət edən Takalo həyatının şokunu yaşayıb. Bank əməkdaşlarının hesaba baxışı zamanı onun balansında 1 trilyon lirəyə yaxın (999 milyard 99 milyon 999 min 999 lirə 99 qəpik) vəsait olduğu üzə çıxıb. Gənc oğlan bir aya yaxındır bank hesabına daxil ola bilmədiyini və bu astronomik məbləğdə pulun haradan və kim tərəfindən göndərilməsindən tamamilə xəbərsiz olduğunu söyləyib.

Milyardların mənşəyi və qaynağı bəlli olmadığı üçün dərhal hüquq-mühafizə və dövlət qurumları hərəkətə keçib və gəncə məxsus bank hesabı rəsmən bloklanıb.

Qeyd edək ki, Takalonun hesabında görünən pul təxminən 21.8 milyard dollar təşkil edir. Bu fantastik rəqəm onu bir anlıq da olsa dünya milyarderlərinin siyahısına salıb və dünyanın ən varlı 120 insanından birinə çevirib. Hazırda pulun hesaba hansı texniki xəta və ya səbəbdən oturduğu araşdırılır.

Sara

NOCOMMENT.az