ŞOK əməliyyat: Saxlanılanlar arasında hərbçilər də var

ŞOK əməliyyat: Saxlanılanlar arasında hərbçilər də var

İsrail təhlükəsizlik qüvvələri İran kəşfiyyatının xeyrinə casusluq etməkdə şübhəli bilinən dörd nəfərdən ibarət şəbəkəni ifşa edib. Saxlanılanlar arasında bir mülki şəxslə yanaşı, üç hərbi qulluqçunun da olması hadisənin miqyasını daha da ciddiləşdirib.

NOCOMMENT.az xəbər verir ki, qrup üzvləri ölkəni tərk etməyə hazırlaşarkən xüsusi əməliyyatla yaxalanıblar. İstintaq məlumatlarına görə, agentlər dəmir yolu stansiyaları, ticarət mərkəzləri və videomüşahidə sistemləri kimi strateji obyektlərin foto və videolarını çəkərək sənədləşdiriblər. Xüsusilə diqqətçəkən məqam isə şübhəlilərin bəzilərinin təhsil aldığı Hərbi Hava Qüvvələrinin texniki məktəbi barədə gizli məlumatlar toplamasıdır.

Məlumata görə, saxlanılan şəxslərin bir qismi kəşfiyyat tapşırıqları almaq üçün İran agentləri ilə şəxsən əlaqəyə keçib. Onların fəaliyyəti təkcə məlumat toplamaqla məhdudlaşmayıb; bəzi iştirakçıların əmlaka zərər vurma və təxribat işləri ilə də məşğul olduqları müəyyən edilib. Şəbəkə üzvləri topladıqları strateji məlumatları xarici kuratorlarına ötürməyi planlaşdırsalar da, İsrail kəşfiyyatı vaxtında müdaxilə edərək bunun qarşısını alıb.