ŞOK: Rusiya Avropaya qarşı HƏRƏKƏTƏ KEÇDİ - Nə baş verir?

ŞOK: Rusiya Avropaya qarşı HƏRƏKƏTƏ KEÇDİ - Nə baş verir?

Rusiya hakimiyyəti 9 May Qələbə Günü münasibətilə Qırmızı Meydanda keçiriləcək hərbi paradda iştirak etmək üçün xarici jurnalistlərə göndərilən dəvətləri son anda geri çağırıb. Bu barədə Almaniyanın Der Spiegel nəşri məlumat yayıb.

NOCOMMENT.az xəbər verir ki, Rusiya rəsmi orqanları bu qərarı "mövcud vəziyyətlə əlaqədar işıqlandırma formatının dəyişdirilməsi" ilə əsaslandırıblar. Bildirilib ki, artıq akkreditasiya almış xarici media nümayəndələri paradın keçiriləcəyi əraziyə buraxılmayacaqlar.

Dəvəti ləğv edilən media qurumları arasında Almaniyanın Der Spiegel, ARD, ZDF, Böyük Britaniyanın Sky News, Fransanın AFP agentliyi, həmçinin İtaliyanın Rai və Yaponiyanın NHK teleradioşirkətləri var. Maraqlıdır ki, Kreml əvvəlcə bu jurnalistlərin akkreditasiyasını təsdiqləmiş və onlara Moskva mərkəzində keçiriləcək tədbirlərin qrafikini göndərmişdi.

Der Spiegel qeyd edir ki, Rusiyada hərbi paradların keçirildiyi bütün müddət ərzində akkreditasiyanın bu formada son anda ləğv edilməsi halı ilk dəfədir baş verir. Analitiklər bu addımı Rusiyanın Qərb mediasına qarşı artan təzyiqlərinin və informasiya məkanındakı qapalılıq siyasətinin növbəti təzahürü kimi qiymətləndirirlər.

Sara,
NOCOMMENT.az