Bakıda azyaşlı binanın səkkizinci mərtəbəsindən yıxılıb.
NOCOMMENT.az xəbər verir ki, hadisə iyunun 7-də gecə saatlarında paytaxtın Xətai rayonu Xocalı prospektində baş verib.
2023-cü il təvəllüdlü M.Əsgərli prospektdəki çoxmərtəbəli binanın 8-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb. Azyaşlı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./oxu.az/











