SON DƏQİQƏ! Ağ Evə HÜCUM edildi - Snayperlər hazır vəziyyətdə!

SON DƏQİQƏ! Ağ Evə HÜCUM edildi - Snayperlər hazır vəziyyətdə!

ABŞ-nin paytaxtı Vaşinqtonda, prezident iqamətgahının yaxınlığında baş verən silahlı insident ölkənin təhlükəsizlik qüvvələrini ayağa qaldırıb. Hadisə səbəbindən strateji dövlət obyektində yüksək səviyyəli həyəcan siqnalı verilib.

NOCOMMENT.az xəbər verir ki, Amerika mediasının yaydığı məlumata görə, Ağ Evin ətraf ərazisində birdən-birə 20-30 arası atəş səsi eşidilib. Atışma səsləri paytaxtda ciddi təşvişə səbəb olub.

Hadisənin baş verməsi ilə dərhal operativ təhlükəsizlik protokoluna start verilib. ABŞ Gizli Xidmətinin (Secret Service) əməkdaşları binada fəaliyyət göstərən jurnalistləri və media nümayəndələrini təcili şəkildə qapalı brifinq otağına təxliyə edərək təhlükəsizlik kordonu yaradıblar.

Məlumata əsasən, hazırda Ağ Ev və onun ətrafındakı bütün perimetrlərdə təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb. Bölgəyə xüsusi təyinatlı əlavə qüvvələr və zirehli texnikalar cəlb olunub, hökumət binasının damında və strateji nöqtələrində isə snayperlər döyüş mövqeyi tutublar. Atəş açan şəxs və ya şəxslərin saxlanılması, eləcə də insidentin motivləri barədə hələlik rəsmi məlumat verilməyib.