Masallıda GÜCLÜ YANĞIN: axşam saatlarından etibarən...

Masallıda GÜCLÜ YANĞIN: axşam saatlarından etibarən...

Masallı rayonunda yerləşən zibil poliqonunda axşam saatlarından etibarən güclü yanğın başlayıb.

NOCOMMENT.az cənub bürosunun verdiyi xəbərə görə yanğın hazırda da davam edir.

Alovun getdikcə daha geniş əraziyə yayıldığı bildirilir. Ərazidə qalxan tüstü ətraf ərazilərdən də müşahidə olunur. Zibil poliqonunun ətrafı əsasən biçilmiş əkin sahələri ilə əhatə olunduğundan, alovun bu sahələrə doğru yayılması təhlükəsi yaradır.