13:40
Türkiyədə “BeİN Sports” televiziyasına binasına silahlı basqın olub.
NOCOMMENT.az xəbər verir ki, hazırda binada vəziyyətin gərgin olduğu bildirilir.
Məlumata görə, basqını edən silahlı şəxsi görən polislər binaya daxil olublar.
Binaya hücum edən şəxsin həyat yoldaşının kanalda “təhlükəsizlik əməkdaşı” kimi çalışdığı bildirilir. İddialara əsasən, həmin şəxs jurnalist Güntəkin Onayla görüşmək istəyib.
Hadisə şahidlərinin sözlərinə görə, binada atəş səsi eşidilməyib, lakin şübhəli əlində silahla qışqıra-qışqıra içəri girib.
Hadisə yerinə gələn polis əməkdaşları onu sakitləşdirmək və təslim olmağa razı salmaq üçün danışıqlar aparır.
Türkiyəli jurnalist Haluk Yüreklinin məlumatına görə, beIN SPORTS kanalında çalışan aparıcı Güntekin Onayla qadın mühafizəçi arasında mübahisə baş verib.
Hadisədən sonra qadın həyat yoldaşına xəbər verib və o, yayımçı şirkətin binasına silahla daxil olub.
Televiziya binasına silahlı basqını edən şəxs polislər tərəfindən saxlanılıb.
O, binadan çıxarılıb.












