TƏCİLİ! ABŞ-dən dəhşətli hücum - Məhv edildi

TƏCİLİ! ABŞ-dən dəhşətli hücum - Məhv edildi

ABŞ Silahlı Qüvvələri Şərqi Sakit okean hövzəsində növbəti hərbi əməliyyat keçirib. ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının (SOUTHCOM) yaydığı rəsmi məlumata görə, narkotik qaçaqmalçılığında istifadə edildiyi müəyyən edilən kater vurularaq məhv edilib.

NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, kəşfiyyat məlumatları sözügedən katerin regiondakı məlum narkotrafik marşrutları üzrə hərəkət etdiyini təsdiqlədikdən sonra hərbi zərbə qərarı verilib. Əməliyyat nəticəsində katerdə olan üç nəfər həlak olub.

Bu hücum Tramp administrasiyasının 2025-ci ilin sentyabrından bəri Latın Amerikası regionunda "narkoterrorçulara" qarşı başlatdığı genişmiqyaslı kampaniyanın tərkib hissəsidir. ABŞ hərbi rəsmiləri bu cür əməliyyatları ABŞ-a daxil olan narkotik axınını dayandırmaq üçün zəruri addım kimi qiymətləndirir. Lakin bu kampaniya beynəlxalq hüquq ekspertləri və bəzi siyasi dairələr tərəfindən həm legitimlik, həm də effektivlik baxımından ciddi tənqidlərlə üzləşir.

Qeyd edək ki, ABŞ mediasının məlumatına əsasən, ötən ilin payızından bəri ABŞ ordusunun keçirdiyi bu tipli gəmi zərbələri nəticəsində həlak olanların sayı 200 nəfəri keçib. Rəsmi Vaşinqton isə bu əməliyyatları milli təhlükəsizlik prioritetləri və ölkə daxilindəki narkotiklə bağlı ölümlərin qarşısının alınması ilə əsaslandırır.


Əli Səfərli, NOCOMMENT.az