TƏCİLİ! ABŞ HƏRƏKƏTƏ KEÇDİ – Gecə ərzində…

TƏCİLİ! ABŞ HƏRƏKƏTƏ KEÇDİ – Gecə ərzində…

Gecə saatlarında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus azı 12 ədəd C-17 “Globemaster III” tipli hərbi-nəqliyyat təyyarəsi Yaxın Şərq istiqamətində hərəkət edib.

NOCOMMENT.az xəbər verir ki, Mmonitorinq xidmətləri məlumat yayıb.

Qeyd edilib ki, uçuşların marşrutları açıq mənbələr üzrə izlənən aviasiya məlumatları əsasında müəyyən olunub.

Müşahidəçilər bildirirlər ki, sözügedən təyyarələr əsasən ağır texnika, hərbi avadanlıq və logistika yüklərinin daşınması üçün istifadə olunur. Bu tip intensiv hava daşımaları adətən bölgədə hərbi mövcudluğun gücləndirilməsi və ya mövcud qüvvələrin təminatının artırılması ilə əlaqələndirilir.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hələlik konkret uçuşlarla bağlı rəsmi açıqlama verməyib. Bununla belə, Vaşinqton son aylarda Yaxın Şərqdəki təhlükəsizlik vəziyyətini yaxından izlədiyini və müttəfiqlərinin müdafiəsinə sadiq qaldığını dəfələrlə bəyan edib.

Hərbi analitiklər qeyd edirlər ki, C-17 təyyarələrinin ardıcıl reysləri bölgəyə əlavə hərbi resursların çatdırılması və ya mövcud bazaların təchizatının yenilənməsi məqsədi daşıya bilər. Bu cür hava körpüləri adətən qısa müddətdə böyük həcmdə yük və şəxsi heyətin daşınmasına imkan verir.

Hazırda uçuşların dəqiq təyinat nöqtələri və daşınan yüklərin məzmunu barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur. Regiondakı ümumi hərbi-siyasi dinamika fonunda ABŞ-nin bu addımı diqqətlə izlənilir.

Aliyə