Qobustanda ağır QƏZA: Ölən var

Qobustanda ağır QƏZA: Ölən var

Paytaxtın Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, qəza rayonun Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik maşını VAZ-2115 markalı avtomobillə toqquşub. Nəticədə VAZın sürücüsü, Mədət adlı şəxs hadisə yerində ölüb. Digər avtomobilin sürücüsü və bir sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)