TƏCİLİ! İlk nəticələr açıqlandı: Paşinyan seçkidə...

TƏCİLİ! İlk nəticələr açıqlandı: Paşinyan seçkidə...

Ermənistanda keçirilən parlament seçkilərində səsvermə prosesi başa çatdıqdan sonra ilk rəsmi rəy sorğularının nəticələri ictimaiyyətə təqdim olunub. İlkin göstəricilər hakim partiyanın rəqiblərini böyük fərqlə geridə qoyduğunu göstərir.

NOCOMMENT.az xəbər verir ki, Ermənistanda parlament seçkiləri ilə bağlı ilk exit-poll nəticələri elan edilib.

"Civic News" tərəfindən yayılan rəsmi məlumatlara görə, mövcud Baş nazir Nikol Paşinyanın liderlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası seçicilərin 56,7 faizinin səsini qazanaraq seçki marafonunda aşkar üstünlüklə liderliyi ələ alıb.

Açıqlanan exit-poll nəticələrinə əsasən, seçkidə ikinci ən yüksək göstəricini rusiyalı milyarder və iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi müxalif “Güclü Ermənistan” Partiyası qeydə alıb. Sözügedən siyasi blok 17,5 faiz səs toplayaraq ikinci yerdə qərarlaşıb.

Xatırladaq ki, təqdim olunan bu rəqəmlər səsvermə günü seçki məntəqələrindən çıxan vətəndaşlar arasında birbaşa aparılmış sorğuların (exit-poll) ilkin nəticələridir və rəsmi yekun göstəricilər hesab edilmir. Yaxın saatlarda Ermənistan Mərkəzi Seçki Komissiyası tərəfindən bülletenlərin sayılmasından sonra ilk rəsmi nəticələrin açıqlanacağı gözlənilir.

Əli Səfərli

NOCOMMENT.az