İsveçrədə dəmir yolu vaqonunda sərnişinlərə qarşı bıçaqla silahlanmış şəxs tərəfindən hücum qeydə alınıb. Hadisə nəticəsində mülki şəxslər xəsarət alıb.
NOCOMMENT.az xəbər verir ki, yerli hüquq-mühafizə orqanlarının yaydığı ilkin məlumatlara görə, bıçaqlı şəxsin ətrafdakılara hücum etməsi nəticəsində azı beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə dərhal polis və təcili tibbi yardım briqadaları cəlb olunub, yaralılar xəstəxanaya yerləşdirilib.
İsveçrə mətbuatının və yerli KİV-lərin şahidlərin ifadələrinə istinadən verdiyi məlumata görə, cinayətkar hücum zamanı uca səslə dini şüarlar ("Allahu Əkbər") qışqırıb. Hadisəni törədən şəxs polis tərəfindən zərərsizləşdirilərək saxlanılıb. Hazırda hadisənin terror aktı olub-olmaması və hücum edən şəxsin motivləri prokurorluq və federal polis tərəfindən araşdırılır.
Sara,
NOCOMMENT.az











