Rusiya qüvvələri gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə və ətraf ərazilərə intensiv hava zərbələri endirib. Hücum nəticəsində çoxsaylı mülki obyektlər dağılıb, ölən və yaralananlar var.
NOCOMMENT.az xəbər verir ki, hücumlar nəticəsində ümumilikdə 14 nəfər həlak olub, 27 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumata görə, Rusiya qüvvələri Kiyevin Obolonski rayonunda yerləşən “Nova Poshta” filialına birbaşa zərbə endirib. Brovary şəhərində isə “Rozetka” şirkətinə məxsus anbar və “Epicentr” hipermarketlər şəbəkəsinin anbarı tamamilə dağıdılıb.
Bundan başqa, Kiyev və ətrafında yaşayış binaları, digər mülki infrastruktur obyektləri, eləcə də şəhərin sağ sahilində yerləşən fabriklər və müxtəlif anbarlar gecə hücumlarının hədəfi olub. Hadisə yerində xilasetmə işləri davam etdirilir.
Sara,











