Məşhur şadlıq sarayı 3,5 milyon manata satışa çıxarıldı

Məşhur şadlıq sarayı 3,5 milyon manata satışa çıxarıldı

Lənkəran rayonunun Gərmətük qəsəbəsində yerləşən şadlıq sarayı satışa çıxarılıb.

NOCOMMENT..az xəbər verir ki, bu, "Əzizə" şadlıq sarayının yerləşdiyi obyektdir.

Əmlaka 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi daxildir.

Daşınar əşyalarla birlikdə satışa çıxarılan əmlakın ilkin (bazar) qiyməti 5 milyon 377 min manat müəyyən edilsə də, hazırkı hərrac qiyməti 3 milyon 495 min 50 manat təşkil edir. Bu məbləğ əmlakın minimum satış qiymətinə, yəni bazar dəyərinin 65 faizinə uyğundur. (İqtisadiyyat.az