TƏCİLİ! Rusiya Polşaya qarşı hərəkətə keçir - ABŞ də təsdiqlədi

TƏCİLİ! Rusiya Polşaya qarşı hərəkətə keçir - ABŞ də təsdiqlədi

Vaşinqton rəsmi Varşavanı Rusiyanın Polşa ərazisində məhdud hərbi təxribat həyata keçirməyi planlaşdırdığı barədə məlumatlandırıb.

NOCOMMENT.az xəbər verir ki, "The Telegraph" nəşrinin yaydığı məlumata görə, Rusiya tərəfindən gözlənilən təxribatlar kritik infrastrukturlara pilotsuz uçuş aparatları və ya raket zərbələrinin endirilməsi, yaxud Belarus və Kalininqrad vilayətindən diversiya qruplarının Polşa ərazisinə qısa müddətli daxil olması formasında ola bilər.

Ekspertlərin fikrincə, Moskvanın bu addımları NATO-nun qətiyyətli cavab vermək hazırlığını yoxlamaq və Alyansa olan etibarı sarsıtmaq məqsədi daşıyır. Kreml bu cür hərəkətləri genişmiqyaslı hərbi münaqişədən qaçmaq və Qərbi Ukrayna ilə bağlı danışıqlara məcbur etmək üçün "təsadüfi səhv" və ya "xilasetmə əməliyyatı" kimi təqdim etməyə çalışa bilər.

Polşanın hədəf seçilməsi isə Moskvanın Baltikyanı ölkələrlə daha riskli birbaşa münaqişə əvəzinə, regionun əsas oyunçusuna təzyiq göstərmək istəyi ilə izah edilir.

Sara,
NOCOMMENT.az