Ermənistanın Baş naziri Nikol Paşinyan İranın mərhum ali dini lideri Əli Xameneinin dəfn mərasimində iştirak etmək üçün İrana səfəri çərçivəsində Tehran şəhərində İran Prezidenti Məsud Pezeşkianla görüş keçirib.
NOCOMMENT.az xəbər verir ki, "Fars News" agentliyinin məlumatına əsasən, görüş bu gün Tehranda baş tutub.
Tərəflərin apardığı danışıqların məzmunu və müzakirə etdikləri məsələlər barədə hələlik rəsmi bir məlumat açıqlanmayıb.
Sara,
NOCOMMENT.az











