Təyyarə qəzası baş verdi: Ölənlər var - Bu ölkədə

Təyyarə qəzası baş verdi: Ölənlər var - Bu ölkədə

Fransanın qərbində yerləşən La-Bol bölgəsində turist təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həyatını itirib.

NOCOMMENT.az BFMTV telekanalına istinadən xəbər verir ki, qəza zamanı hava gəmisi tamamilə alovlar içində qalıb. Yanğınsöndürənlər hadisə yerinə çatarkən təyyarənin artıq yanmaqda olduğunu bildiriblər. Alovun söndürülməsi və təhlükəsizlik tədbirlərinin görülməsi üçün əraziyə 29 ədəd xüsusi texnika və yanğınsöndürmə briqadaları cəlb edilib.

Hazırda səlahiyyətli orqanlar tərəfindən qəzanın dəqiq başvermə səbəbləri araşdırılır, eyni zamanda həlak olan şəxslərin kimliklərinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Əli Səfərli,
NOCOMMENT.az