Toydan sonra faciə: Yaşlı qadın güllələndi

Toydan sonra faciə: Yaşlı qadın güllələndi

Türkiyənin Mardin vilayətinin Qızıltəpə ilçəsində toydan sonra tapançadan atəş açılması nəticəsində yaşlı qadın həyatını itirib.

NOCOMMENT.az xəbər verir ki, Mesopotamiya məhəlləsində bəy və gəlin evə gəldiyi zaman şadyanalıq məqsədilə havaya bir neçə dəfə atəş açılıb.

Bu zaman ehtiyatsızlıqdan güllələrdən biri eyvanda dayanan 76 yaşlı Hedli.Ç-yə dəyib.

Ağır yaralanan qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Bakupost.az