Ötən gün ABŞ Prezidenti Donald Tramp NATO-nun Baş katibi Mark Rütte ilə Qrenlandiya ətrafındakı vəziyyətlə bağlı telefon danışığı aparıb.
NOCOMMENT.az xəbər verir ki, Amerika lideri telefon danışığının nəticələri barədə danışıb.
Onun sözlərinə görə, söhbət yaxşı keçib və tərəflər İsveçrənin Davos şəhərində müxtəlif aktorların iştirakı ilə görüşün keçirilməsi barədə razılığa gəliblər.
Tramp vurğulayıb ki, Qrenlandiya milli və qlobal təhlükəsizlik baxımından “birinci dərəcəli əhəmiyyətə” malikdir. O əlavə edib: “Geri dönüş yoxdur — hamı bununla razıdır”.
ABŞ prezidenti həmçinin bildirib ki, Amerika Birləşmiş Ştatları dünyanın ən güclü dövlətidir. Onun sözlərinə görə, ABŞ dünyada “ümumi sülhü” təmin edə bilən yeganə dövlətdir və bu, Trampın ifadə etdiyi kimi, “çox sadə üsulla — güc vasitəsilə” həyata keçirilir.
Sara












