ABŞ ilə Azərbaycan arasındakı diplomatik münasibətlərdə mühüm təyinat addımı atılıb. ABŞ Prezidenti Donald Tramp ölkəsinin Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə Aleksandr Oldenin namizədliyini təklif edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumat ABŞ Ağ Evinin rəsmi internet saytında yerləşdirilib. Qaydalara əsasən, Aleksandr Oldenin bu vəzifəyə rəsmən başlaması üçün onun namizədliyi ABŞ Senatında nəzərdən keçirilməli və rəsmi təsdiqini tapmalıdır.
Qeyd edək ki, diplomatik fəaliyyətə yad olmayan Aleksandr Olden bundan əvvəl ABŞ-ın bir sıra mühüm dövlət strukturlarında, o cümlədən Dövlət Departamentində, Milli Təhlükəsizlik Şurasında və Müdafiə Nazirliyində (Pentaqon) müxtəlif məsul vəzifələrdə çalışıb. Senatın razılığından sonra yeni səfirin Bakıya gəlişi və rəsmi fəaliyyətə başlaması gözlənilir.
Sara,
NOCOMMENT.az












