Trampa oxşadığı üçün kəsmədilər -  FOTOLAR

Trampa oxşadığı üçün kəsmədilər - FOTOLAR

Banqladeşdə Qurban bayramı ərəfəsində qeyri-adi hadisə qeydə alınıb. Ölkə rəhbərliyi zahiri görünüşünə görə ABŞ Prezidenti Donald Trampa bənzədilən heyvanın kəsilməsinə icazə verməyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı "Sky News" telekanalı məlumat verib.

Məlumata görə, 700 kiloqram çəkisi olan nadir albinos öküz Qurban bayramında kəsilmək məqsədilə fermerdən satın alınıb.

Lakin heyvanın fotoşəkilləri sosial şəbəkələrdə sürətlə yayılaraq geniş müzakirələrə səbəb olub. ABŞ liderinə bənzəyən öküzü yaxından görmək istəyən çoxsaylı insanın təsərrüfata axışması nəticəsində fermanın ətrafında böyük izdiham yaranıb.

Yaranmış vəziyyətlə bağlı məsələyə Banqladeş Daxili İşlər Nazirliyi müdaxilə edib. Nazirlik təhlükəsizlik tədbirlərini və ictimaiyyətin qeyri-adi marağını əsas gətirərək öküzün kəsilməməsi barədə rəsmi qərar qəbul edib. "Donald Tramp" ləqəbi verilən heyvanın sahibinə dövlət tərəfindən kompensasiya ödənilib və öküz zooparka yerləşdirilib.