"Neftçi" Sloveniyada sonuncu yoxlama matçını keçirib.
NOCOMMENT.az xəbər verir ki, “Neftçi” Xorvatiyanın "Osiyek" komandası ilə qarşılaşıb.
Lendava stadionunda keçirilən matç Xorvatiya təmsilçisinin 1-0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Yuri Vernidubun komandası bunadək Serbiya "Partizan"ına 0-1, Rumıniya "ÇFR Kluj"una 1-2 hesabı ilə uduzub, Serbiyanın "Radniçi NİŞ" komandasına isə 3-0 hesabı ilə qalib gəlib.












