Türkiyənin məşhur müğənnisi Tarkan sosial media hesabında qızı ilə bağlı etdiyi paylaşımla diqqət çəkib.
NOCOMMENT.az xəbər verir ki, müğənni övladının ad günü münasibətilə paylaşdığı fotoya ürək sözlərini də əlavə edib. Tarkan paylaşımında bunları yazıb:
"Canımdan da əziz iki canım. Həyatımıza günəş kimi doğulduğun üçün nə yaxşı ki varsan, əziz qızım. Səni çooooox sevirik."
Sənətçinin səmimi paylaşımı qısa müddətdə minlərlə bəyənmə və şərh toplayıb. İzləyicilər Tarkanın qızını ad günü münasibətilə təbrik edib, ailəyə xoş arzularını çatdırıblar.
Qeyd edək ki, Tarkan şəxsi həyatı ilə bağlı paylaşımları nadir hallarda edir. Buna görə də sənətçinin ailəsi ilə bağlı hər paylaşımı pərəstişkarları tərəfindən böyük maraqla qarşılanır. Musavat.com











