Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) yaydığı məlumata görə, ölkənin cənub-şərqində yerləşən Kahramanmaraş vilayətində yeraltı təkanlar qeydə alınıb.
NOCOMMENT.az xəbər verir ki, yerli vaxtla saat 21:27-də baş verən 4,2 bal gücündəki zəlzələnin episentri Pazarcık rayonu olub.
Yerin 8,53 kilometr dərinliyində baş verən təkanlar ətraf rayonlarda da hiss olunub.
İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində ciddi dağıntı və ya tələfat barədə hələlik rəsmi açıqlama verilməyib.
Sara,











