Kilian Mbappe dünya çempionatlarında keçirdiyi oyunların sayına görə Fransa millisinin rekordunu müəyyənləşdirib.
NOCOMMENT.az xəbər verir ki, Mbappe dünya çempionatının İspaniyaya qarşı yarımfinal matçında meydana çıxıb. Bu, onun dünya çempionatlarındakı 21-ci oyunudur ki, bu da Fransa yığmasının futbolçuları üçün yeni rekorddur. Mbappe mundiallarda 20 oyun keçirmiş Uqo Lyorisin rekordunu qırıb.
Hazırda oyunun ilk hissəsi gedir. İspaniya Fransaya 1:0 hesabı ilə qalib gəlir.
İyulun 15-də baş tutacaq ikinci yarımfinalda isə finala vəsiqə uğrunda İngiltərə və Argentina milliləri mübarizə aparacaqlar.
Futbol üzrə dünya çempionatı iyunun 11-də start götürüb və iyulun 19-dək ABŞ, Meksika və Kanadada davam edəcək.











