Türkiyənin Manisa bölgəsində meşə yanğını başlayıb

Türkiyənin Manisa bölgəsində meşə yanğını başlayıb

Türkiyənin Manisa vilayətinin Kula rayonunda meşə yanınına müdaxilə edilir.

NOCOMMENT.az TRT Haber-ə istinadən xəbər verir ki, Seyitali məhəlləsi yaxınlığındakı meşəlik ərazidə naməlum səbəbdən yanğın başlayıb.

Hadisə yerinə İzmir Meşə Regional İdarəsindən 2 təyyarə, 3 helikopter, 11 yanğınsöndürən maşın və 1 buldozer, həmçinin Manisa Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürmə qrupları cəlb olunub.

Hazırda yanğının nəzarətə götürülməsi istiqamətində işlər davam etdirilir.