Binəqədidə iki avtobus toqquşdu - VİDEO

Binəqədidə iki avtobus toqquşdu - VİDEO

Binəqədi-Balaxanı şosesinin 28 May küçəsi ilə kəsişməsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə 147 və 592 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobusların toqquşması nəticəsində baş verib.

Qəzanın dəqiq hansı səbəbdən baş verdiyi hələlik açıqlanmır. Eyni zamanda, hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələ ki rəsmi məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.